4 avqust 2014 00:12
Rüfət Dadaşov yeni klubu ilə ilk rəsmi matçından qalib ayrıldı
Almaniyanın cənub-qərbi regional liqasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun yeni komandası "Tsvaybryükken" də ilk oyununu keçirib.
Futbolçumuzun komandası səfərdə "Baunatalem" ilə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb. Dadaşov 90 dəqiqə meydanda olub.
