4 avqust 2014 12:18
Foqts Kərimovla Mahmudovu klublarımızın səfər oyunlarına ezam etdi
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslan Kərimov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Zalsburq" (Avstriya) - "Qarabağ" oyununu izləmək üçün Avstriyaya yollanacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, millimizin digər məşqçisi Mahmud Qurbanov da UEFA Avropa Liqasının təsnifat mərhələsinin "Çixura" (Gürcüstan) - "Neftçi" qarşılaşmasını izləyəcək.
