4 avqust 2014 00:01
İnter AZAL-a 2 qolla qalib gəldi
"İnter" və AZAL Premyer Liqanın startı ərəfəsində yoxlama görüşü keçirib. Azerisport.az xəbər verir ki, "Şəfa" stadionunda keçirilmiş qarşılaşma "bankirlər"in 2:0 hesablı qələbəsiylə başa çatıb.
"İnter"in heyətində Baçana Sxadadze və Asif Məmmədov fərqləniblər.
Qeyd edək ki, bir həftə sonra növbəti Azərbaycan Çempionatı başlayacaq və mövsümün ilk turunda "İnter" "Şəfa" stadionunda "Qəbələ" komandasını qəbul edəcək. (klub saytı)
