4 avqust 2014 11:01
Azərbaycan qapıçı türk klubu ilə yollarını ayırmalı oldu
Türkiyənin "Girəsunspor" klubu azərbaycanlı qapıçı Kamal Bayramovla yollarını ayırıb. Azersport.az xəbər verir ki, təxminən bir ay öncə futbolçumuzla müqavilə imzalamış qardaş ölkə təmsilçisinin belə bir addım atmasına Bayramovun sabiq klubu "Rəvan" səbəb olub.
Belə ki, paytaxt təmsilçisi müqaviləsi olan qapıçısının Türkiyə klubu ilə qanunsuz müqavilə bağladığını əsas gətirərək, onun transfer vərəqəsini vermək istəməyib. Belədə Türkiyə təmsilçisi onunla müqaviləsini pozmaq məcburiyyətində qalıb.
Klubun vitse-prezidenti Ercan Pamuk məsələ ilə bağlı bunları söyləyib: "Biz qarşılıqlı razılıq əsasında müqaviləni pozmalı olduq".
