4 avqust 2014 19:43
AZAL - Xəzər Lənkəran matçının başlama saatı açıqlandı
Topaz Premyer Liqasının yeni – 2014/15 mövsümünün ilk turuna artıq sayılı günlər qalıb. Azerisport.az xəbər verir ki, yeni “futbol ili”nə ayın 9-da start veriləcək.
AZAL ilk oyunda “Xəzər Lənkəran”ı qəbul edəcək. Avqustun 9-da “AZAL Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq və “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.
Bundan 1 gün əvvəl – avqustun 8-də isə əvəzedici komandalar üz-üzə gələcək. “AZAL Arena”da baş tutacaq qarşılaşmanın başlama saatı 17:00-dı. (klub saytı)
