4 avqust 2014 19:10
Neftçi macarlara həvalə olundu
Avropa Liqasının üçüncü təsnifat mərhələsində baş tutacaq "Çixura" - "Neftçi" matçını idarə edəcək hakimlərin adları bəlli olub. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı macarlar idarə edəcək.
UEFA qarşılaşmanı baş hakim kimi Tamaş Boqnara həvalə edib. Ona bu oyunda Qyori Rinq və Peter Berettyan yardım edəcək. 4-cü hakim funksiyasını isə Adam Farkaş yerinə yetirəcək.
Qeyd edək ki, 0:0 ilə başa çatan ilk matçın revanşı avqustun 7-də keçiriləcək və saat 22:30-da başlayacaq.
