4 avqust 2014 18:30
Öncə Qurbanov danışacaq, sonra Qarabağ məşq edəcək
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə cavab matçı öncəsi planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız oyun öncəsi son məşqə sabah - avqustun 5-də oyunun keçiriləcəyi "Red Bull Arena"da, saat 23:00-da çıxacaq.
Qurban Qurbanovun mətbuat konfransı isə bundan az əvvəl - 22:45-də start götürəcək.
Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" matçı avqustun 6-da keçiriləcək və saat 23:30-da başlayacaq.
