4 avqust 2014 18:15
Vitali Borisov: Arazı tərk etməyimin öz səbəbləri vardı
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisovun yeni mövsümdən "Fənərbağça"da çıxış edəcəyini xəbər vermişdik. Təcrübəli futzalçı azerisport.az saytına açıqlamasında "Araz"dan ayrılmasının səbəbini açıqlayıb:
"Araz"ı tərk etməyimin öz səbəbləri var. Çünki komandada gəncləşdirmə siyasəti aparılır. Amma mən özümü başqa komandada sınamağa qərar verdim".
