4 avqust 2014 17:45
Qarabağın oyununda anşlaq olmayacaq
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Avstriya "Zalsburq"u arasındakı cavab matçında anşlaq olmayacaq. Azerisport.az xəbər verir ki, avstriyalı azarkeşlərin Zalsburqda keçiriləcək oyuna marağı azdı.
Bu isə rəqib komandanın səviyyəsinin o qədər də yüksək olmaması ilə əlaqələndirilir.
