4 avqust 2014 17:30
Özcan Bizati Rail Məlikovu komandada saxlamaqda maraqlıdı
Türkiyənin "Dənizlispor" klubunun baş məşqçisi Özcan Bizati rəhbərliyə Rail Məlikovun transferi ilə bağlı göstəriş verib. Azerisport.az xəbər verir ki, o, hazırda bu komanda ilə məşq edən azərbaycanlı futbolçunun komandada qalmasında maraqlıdı:
"Mən bununla bağlı klub rəhbərliyinə müraciət etmişəm. Onların Məlikovla müqavilə imzalamasını istəyirəm. Top artıq onlardadı".
