4 avqust 2014 16:30
İnter - Qəbələ matçının başlama vaxtı açıqlandı
Məlum olduğu kimi, bu həftə Premyer Liqada və əvəzedici heyətlər arasında Azərbaycan Çempionatında yeni mövsümə start veriləcək. Azerisport.az xəbər verir ki, açılış turunda “İnter” doğma divarlar arasında “Qəbələ”ni qəbul edəcək.
Əvəzedici komandaların görüşü iyulun 9-da baş tutacaq və oyun saat 17:00-da başlayacaq.
Əsas komandanın oyunu isə bir gün sonra, yəni avqustun 10-da keçiriləcək və qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, hər iki qarşılaşma “Şəfa” stadionunda olacaq. (klub saytı)
