4 avqust 2014 16:15
Reynaldo və Admir Teli də Avstriyaya getdi
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Qarabağ" bu gün Avstriyaya yollanıb. Azerisport.az xəbər verir ki, komandamız UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsindəki rəqibi "Zalsburq"la cavab oyunu üçün sözügedən ölkəyə saat 16:00-da yola düşüb.
Ağdam klubunun cəzalı futbolçuları Reynaldo və Admir Teli də səfərə yollanıblar. İlk görüşdə qırmızı vərəqə alan bu futbolçular oynamasalar da, komanda yoldaşlarına dəstək olmağa çalışacaqlar.
