4 avqust 2014 16:00
Qarabağ Avstriyaya yollandı
Azərbaycan çempionu "Qarabağ" Avstriyaya yola düşüb. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi "Zalsburq"la cavab qarşılaşması öncəsi bu gün səhər məşqinə çıxan komandamız bundan dərhal sonra səfərə yollanıb.
Ağdam klubu bu gün Zalsburqa çatdıqdan sonra bütün gününü istirahətə ayıracaq və məşq etməyəcək. Sabah isə komandamız Avstriyada son məşqə çıxacaq.
Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" matçı avqustun 6-da keçiriləcək və saat 23:30-da start götürəcək.
