4 avqust 2014 15:50
Azərbaycan yığmasının üzvü Fənərbağçaya keçdi
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, yeni mövsümdən "Fənərbağça"da çıxış edəcək.
Qeyd edək ki, "Fənərbağça" son günlər heyətini səs-küylü transferlərlə gücləndirməyə başlayıb. Sözügedən komanda Borisovdan öncə 4 ukraynalı legioner almış, eləcə də "Neftçi" İSM-in sabiq üzvü, Azərbaycanın çimərlik futbolu üzrə yığmasının qapıçısı Emin Kürdovu transfer etmişdi. (Azfutzal)
