4 avqust 2014 15:40
AFFA-nın baş katibi: Ələkbər Məmmədovun ölümü futbolumuz üçün ağır itkidi
AFFA-nın baş katibi Elxan Məmmədov futbolumuzun əfsanəsi Ələkbər Məmmədovun vəfatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ağır itkidi. Məmmədov azərbaycanlı futbol azarkeşlərinin sevimlisi olub. Bu gü biz onun vida mərasiminə toplaşmışıq. Məmmədov böyük insan idi. O, ömrünün son saniyəsinə kimi futbola həsr etdi. Karyerası ərzində çox böyük uğurları olub. Yığmamızda, daha sonra AFFA-da çalışıb. 1995-ci ildə isə o, "Şöhrət" ordeni alıb".
