4 avqust 2014 15:00
Tuayev: Məmmədov barədə keçmiş zamanda danışmaq çox çətindi
Azərbaycan futbolunun veteranı Kazbek Tuayev Ələkbər Məmmədovun vəfatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ölkə prezidenti sağ olsun ki, Ələkbər Məmmədov üçün belə bir dəfn mərasimi təşkil etdirib. AFFA da öz köməyini əsirgəmədi. Məmmədov böyük insan idi. Mənim üçün onun haqqında keçmiş zamanda danışmaq çox çətindi".
