4 avqust 2014 14:35
Ruslan Abışov: Bizi Rusiya ilə maraqlı oyun gözləyir
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışov millimizin Özbəkistana qarşı avqustun 20-də, Rusiyaya qarşı sentyabrın 3-də keçirəcəyi yoxlama oyunlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Güclü komandaya qarşı oynamaq istəyirdik. Amma bunlar reytinq oyunlarıdı. Ona görə də qələbə qazanmaq istəyirik. Rusiya ilə oyunumuz da çox maraqlı olacaq. Necə də olmasa, tanış rəqibdi".
