4 avqust 2014 14:20
Kamran Ağayev məşqlərə başladı
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin qapıçısı Kamran Ağayev zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, millimizin qolkiperi artıq komandası ilə birgə məşq edir.
Lakin onun Premyer Liqanın ilk turunda "Qəbələ"yə kömək edib-etməyəcəyi hələ bəlli deyil. Amma yığmamızın Özbəkistanla avqustun 20-də keçiriləcək yoxlama oyununa kimi bu futbolçunu sıraya dönməsi gözlənilir.
