Anar Nəzirov: XL məni istəsə də, baş məşqçi Qəbələdə qalmağımı istədi
"Qəbələ"nin qapıçısı Anar Nəzirov komandasının Avropa Liqasındakı uğursuz çıxışından, eləcə də komandadakı dəyişiklərdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avrokuboklardan sonra komandada başqa dəyişikliklər də oldu. Artıq Dorinel Muntyanunun oyun sistemini anlamışıq. Yeni mövsümdə Premyer Liqada uğur qazanmaq istəyirik. Eşitmişəm ki, baş məşqçi komandaya rumıniyalı qapıçı gətirmək istəyir. Çempionluğa oynayacağımız üçün bu, normaldı. Komandada rəqabət olmalıdı. Məni "Xəzər Lənkəran"a dəvət edirdilər. Amma "Qəbələ" ilə müqaviləm var. Muntyanu ilə danışdım və komandada qalmağa qərar verdim. Kamran Ağayev zədədən qayıdandan sonra baş məşqçi kimə şans versə, o da oynayacaq. Yoxlama oyunlarında mən oynadım. Baş məşqçi mənə güvənir".
