İaşvili: Çixura Neftçiyə problem yaradacaq
Bakı "İnter"inin sabiq hücumçusu Aleksandr İaşvili Gürcüstanın "Çixura" klubu ilə "Neftçi" arasında baş tutacaq Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çixura" "Neftçi"yə problem yaradacaq. Çox çətin oyun olacaq. "Çixura" "Bursaspor" kimi komandanı mübarizədən kənarlaşdırdı. Maraqlı oyun gözləyirəm".
"Bankirlər"in sabiq forvardı keçmiş komandasının İsveç "Elfsborq"u ilə cavab oyunundakı uğursuzluğuna da münasibət bildirib: "Cavab oyununun nəticəsinə çpx üzüldüm. Çünki "İnter" növbəti mərhələyə keçməyə çox yaxın idi. Hələ ilk oyunda 3-4 qol vurmaq şansları var idi. Bakıdakı oyunda isə hakimlik öz sözünü dedi. Üçüncü dəqiqədə meydan sahibinin futbolçusunu meydandan qovmaq olmazdı. Əgər belə hakimlik olmasaydı, "İnter" mərhələ keçərdi. İnanıram ki, "İnter" yeni mövsümdə çempionluğa oynayacaq".
