3 avqust 2014 00:45
Qarabağ UEFA-dan qara sarğı və 1 dəqiqəlik sükut üçün icazə istədi
Azərbaycan çempionu "Qarabağ" UEFA-ya müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, buna səbəb Ağdam klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə səfər oyunundan öncə son günlərdə Ermənistanla cəbhə xəttində şəhid olan əsgərlərimizin ruhunu anmaq istəyidi.
Belə ki, bununla əlaqədar olaraq, "Qarabağ" bu oyuna 1 dəqiqəlik sükutla başlamaq, həmçinin qara forma və qara sarğı ilə mubarizə aparmaq üçün UEFA-ya müraciət edib. Yaxın günlərdə qitə futbol qurumunun müraciətə cavab verməlidi.
Qeyd edək ki, bu iki komanda arasında Bakıda keçirilmiş oyunda təmsilçimiz 2:1 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşması isə Zalsburqda keçiriləcək.
