3 avqust 2014 12:30
Hütter: Qarabağla oyunda ilk dəqiqələrdən hücuma atılmalıyıq
"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan Avstriya "Zalsburq"unun baş məşqçisi Adolf Hütter cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bundesliqanın 3-cü turu çərçivəsində keçirilmiş "Rid"lə oyunda qazandıqları 2:0 hesablı qələbənin ardından bunları söyləyib:
"Çətin oyun oldu. Amma biz qələbə qazandıq. Artıq bizi "Qarabağ"la oyun gözləyir. Biz bu oyunda ilk dəqiqələrdən hücuma atılmalıyıq. Əminəm ki, komandamız 90 dəqiqə ərzində bütün gücünü qoyub, lazım olan nəticəni qazanacaq və növbəti mərhələyə adlayacağıq".
