Zalsburq yenə azlıqda qaldı, amma qalib gəldi
Futbol üzrə Avstriya Bundesliqasında üçüncü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Bundesliqanın qalibi "Zalsburq" hesabat turu çərçivəsində səfərdə "Rid"lə qarşılaşıb.
Qarşılaşma "buğalar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 50-ci dəqiqədə Frants Şimer və 90+2-ci dəqiqədə Massimo Bruno vurub. Şimer 78-ci dəqiqədə ikinci sarı - qırmızı vərəqə alaraq meydandan qovulsa da, bu, "Qarabağ"ın rəqibinin qələbəsinə mane olmayıb.
Qeyd edək ki, Adolf Hütter bu oyunda Bakıda meydana buraxdığı bəzi futbolçulara istirahət hüququ qazandırıb.
Xatırladaq ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda bu rəqibinə 2:1 hesabıyla qalib gəlmişdi.
