3 avqust 2014 00:05
Bakı İnteri Realın sabiq forvardı ilə anlaşa bilmədi
Bakı "İnterin İspaniyanın "Valyadolid" klubunun hücumçusu Oskar Diasla müqavilə bağlamağa çox yaxın olsa da, bu transfer son anda baş tutmayıb. Azerisport.az xəbər verir ki, o, "bankirlər"in Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşdıqları İsveç "Elfsborq"u ilə cavab oyunu ərəfəsində Azərbaycanda olmalı imiş.
Lakin müxtəlif səbəblərdən bu transfer baş tutmayıb. Dias vaxtilə "Saraqosa" və "Olimpiakos" kimi klublarda da çıxış edib.
"İnter"in B planı kimi, Madrid "Real"ının sabiq hücumçusu Xuan Portilyonu da transfer etmək istəyi barmış. O, hətta danışıqlar üçün Bakıya gəlməyə də razılıq veribmiş. Amma sonradan fikrini dəyişib.
