3 avqust 2014 11:30
Azərbaycanlı futbolçular Muntyanunu sevindirdi
"Qəbələ" yeni mövsüm öncəsi yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanunun komandası "Bakı"nın təlim-məşq bazasının stadionunda 1-ci divizion təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gəlib.
Oyun 2:1 hesabıyla "Qəbələ"nin xeyrinə başa çatıb. Bölgə təmsilçisinin qollarını Cavid Hüseynovla Nizami Hacıyev vurub.
