3 avqust 2014 11:15

"Hətta Gürcüstanın baş naziri də şokdadı"

"Karvan"ın sabiq futbolçusu Qoça Trapaidze Azərbaycanın "Neftçi" və Gürcüstanın "Çixura" klubları arasında keçirilmiş Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsindəki ilk oyunda qonaq azarkeşlərin açdığı xəritə ilə bağlı yaranan qalmaqala münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Siz inanmazsız, amma bütün Gürcüstan şokdadı. Hətta bizim baş nazir də. O, göstəriş verib ki, bu hadisənin səbəbkarları cəzalansınlar. Hamı deyir ki, bunu gürcülər edə bilməzdi. Burada əmindilər ki, bu işdə erməni əli var".

Trapaidzenin sözlərinə görə, hazırda həmin şəxslər axtarışdadı: "Gürcüstan polisi indi həmin erməniləri axtarır. Yaxşı ki, hər şey normal qurtarıb. Hər şey daha pis ola bilərdi. Gürcüstanda azərbaycanlılar həmişə dost xalq hesab olunub. Mən heç onların Bakıya necə getdiyini anlaya bilmirəm. Amma bu, bizim azarkeşlərin məsuliyyətini azaltmır. Yəqin ki, bütün bu söhbətlərdən sonra cavab oyununda Tiflisdəki stadion tam dolmayacaq".

Ölkəmizdə çıxış etmiş futbolçu sözügedən qalmaqallı xəritənin bütün Gürcüstanda böyük ajiotaja səbəb olduğunu açıqlayıb: "Baş nazir İrakli Qaribaşvili yerli telekanallardan birində verdiyi açıqlamada bildirdi ki, günahkarlar tapılmalıdı. O, bildirdi ki, Azərbaycan və azərbaycanlılar qardaşımız olaraq qalacaqlar. Belə olub, belədi və belə də olacaq. Heç kim bizim münasibətlərimizə kölgə sala bilməz".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.