3 avqust 2014 18:50
Reynaldo və Admir Teli də Avstriyaya gedir
Azərbaycan çempionu "Qarabağ" sabah Avstriyaya yollanacaq. Azerisport.az xəbər verir ki, komandamız UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsindəki rəqibi "Zalsburq"la cavab oyunu üçün sözügedən ölkəyə saat 16:00-da yola düşəcək.
Ağdam klubunun cəzalı futbolçuları Reynaldo və Admir Teli də səfərə yollanacaqlar. İlk görüşdə qırmızı vərəqə alan bu futbolçular oynamasalar da, komanda yoldaşlarına dəstək olmağa çalışacaqlar.
