3 avqust 2014 18:30
Samir Məsimov: Çixuraya Gürcüstanda qol vuracağıq
"Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Çixura" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çixura" ilk oyunda müdafiəyə çox diqqət yetirirdi. Onların müdafiə xəttini keçmək çox çətin idi. Buna hazır idik. Amma gürcülər qol buraxmamaq tapşırığının öhdəsindən daha layiqli gələrək, istəklərinə çatdılar. Artıq biz bunu cavab oyununda etməliyik, rəqibə qol vurmalıyıq. Fikrimcə, buna nail ola biləcəyik. Cavab oyununda rəqib özü də hücum etməyə çalışacaq. Biz isə öz futbolumuzu oynamağa çalışacağıq".
