3 avqust 2014 15:55
AZAL məşqləri davam etdirir
Yeni mövsümə hazırlaşan AZAL gücləndirilmiş rejimdə işə davam edir. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" gündə 2 dəfə olmaqla məşq edir.
Ötən gün səhər məşqinin əvvəli fiziki hazırlığa həsr edilib. Futbolçular müxtəlif məsafələrə sprint-qaçış həyata keçirib. Ardından tennis toplarını və kiçik ölçülü topları çiləyən oyunçular məşqi iki tərəfli, 4 kiçik qapılı oyunla bitirib. Burada “yaşıllar” “qırmızılar” üzərində 4:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu gün AZAL mövsümöncəsi son yoxlama oyununa çıxacaq. “Şəfa” stadionunda “İnter”ə qarşı keçiriləcək matç saat 20:00-da başlayacaq.
