3 avqust 2014 14:30
Yığmamız Xorvatiyaya qalib gəldi
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Xorvatiyanın U-19 yığması ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb.
Qolu Fəhmin Muradbəyli vurub. (AFFA)
