3 avqust 2014 14:10
Neftçi də Çixura ilə oyuna qara sarğıda çıxmaq istəyir
Azərbaycan çempionu "Qarabağ" kimi, "Neftçi" də avrokubok oyununa qara sarğı ilə çıxmaq istəyir. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, "Neftçi" avqustun 7-də "Çixura"ya qarşı Tiflisdə keçiriləcək oyuna qara sarğıda çıxmaq istəyir. Bununla bağlı, "Neftçi" rəhbərliyi UEFA-ya müraciət edəcək. Ümid edirik ki, müsbət cavab alacağıq.
Şəhidlər ölməz..."
