3 avqust 2014 01:20
Fənərbağça azarkeşləri də Azərbaycanı dəstəklədi
Türkiyənin "Fənərbağça" klubunun azarkeşləri də azərbaycanlı əsgərlərin şəhid olmasına biganə qalmayıblar. Azerisport.az xəbər verir ki, onlar İngiltərədə İspaniyanın "Sevilya" klubuna qarşı keçirilmiş yoxlama oyununda açdıqları pankartla Azərbaycanın dərdinə şərik olduqlarını nümayiş etdiriblər.
Pankartda türkcə bunlar yazılıb: "Şəhidlər ölməz, vətən bölünməz".
