3 avqust 2014 13:10
Mursiya İsrafilovu La Liqa klubuna buraxmadı
İspaniyanın "Real Mursiya" klubunun hücumçusu Eddi İsrafilov karyerasını La Liqa təmsilçisi "Almeriya"da davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, elita təmsilçisi bu futbolçunu 400 min avro ödəmək şərtilə icarəyə götürmək istəyib.
Amma "Real Mursiya" bu təklifi müsbət cavablamayıb. Halbuki, mövsümün sonunda "Almeriya" əlavə 1.5 milyon avro ödəməklə onu tam şəkildə heyətinə qatmaq fikrində imiş.
