3 avqust 2014 01:05
Badri Kvaratsxeliya da təsdiqlədi
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Badri Kvaratsxeliya bundan sonra "Turan-T" klubunu çalışdıracağını təsdiqləyib. Azerisport.az xəbər verir ki, o, Gürcüstan mətbuatına açıqlamasında bunları söyləyib:
"Azərbaycanlılar mənimlə əlaqə saxladılar və yaxşı müqavilə təklif etdilər. Mən də bu barədə "Spartak" (Sxinvali) rəhbərliyinə məlumat verdim. Onlar mənim Azərbaycana qayıtmaq arzumu anlayışla qarşıladılar. Burada yaxşı komanda yaratmağa çalışırıq. Premyer Liqaya çıxmaq fikrimiz var. İstisna deyil ki, "Turan-T"-yə mənə tanış olan iki futbolçunu - Şubitidze ilə Murtxvanidzeni də aparım".
