2 avqust 2014 20:30
Platye Neftçiyə qayıdır
"Neftçi"nin hollandiyalı hücumçusu Melvin Platye Azərbaycan klubuna qayıdır. Azerisport.az xəbər verir ki, icarə əsasında İsveç "Kalmar"ında top qovan futbolçu yeni mövsümdə bu komandada çıxış etməyəcək.
Buna görə də o, "Neftçi"nin düşərgəsinə qayıdacaq. Çünki Platye hələ də müqavilə ilə "Neftçi"yə məxsusdu.
