2 avqust 2014 14:30

Qara Qarayev: Zalsburqda 90 dəqiqə müdafiə olunmayacağıq

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi

- "Zalsburq" üzərindəki qələbədən (2:1) sonra komandada atmosfer necədi?
- Yaxşı. Cavab oyununa hazırlaşırıq. Başa düşürük ki, Zalsburqda bizə daha çətin olacaq. Rəqib aqressiv oynamağa və hücum futbolu sərgiləməyə çalışacaq.

- İlk oyunu çox xatırlayacaqsız?
- Cavab oyununa qədər yəqin ki, elə olacaq. Hamı bilirdi ki, biz necə komandaya qarşı oynayacağıq. Amma çətin olsa da, müsbət nəticə qazana bildik. Baxmayaraq ki, 2:1 hesablı qələbənin bizə heç nə vermədiyini anlayırıq.

- İlk hissədən sonra əvəzlənməyinizə nə səbəb oldu?
- Bu barədə heç düşünməmişəm. Baş məşqçi məni əvəzləmək istədi, mən də əməl etdim. Mümkündü ki, sarı vərəqəmin olmasından ehtiyatlandı. Əsas odu ki, əvəzetmələr oyunumuzu korlamadı.

- Ola bilər ki, Qurban Qurbanov sizdən gözlədiyini ala bilmədiyi üçün əvəzlədi?
- Bu barədə heç nə deyə bilmərəm. "Qarabağ"ın bu oyundakı hər əvəzetməsi oyunumuza müsbət təsir göstərdi.

- Reynaldo və Admir Telisiz cavab matçında işiniz çətin olacaq...
- Elədi. Amma mümkünsüz heç nə yoxdu. İtki varsa, onları əvəzləyəcək futbolçularımız, zədədən dönənlərimiz də var. Rəşad Sadıqovla Maksim Medvedev artıq komandaya kömək edə bilirlər.

- Rəqibin hücum futbolunun qarşılığında "Qarabağ" necə futbol oynayacaq?
- Bizim də öz oyun üslubumuz var. Düşünmürəm ki, 90 dəqiqə ərzində müdafiə olunaq. Bizim də güclü tərəflərimiz var və ondan yararlanmağa çalışacağıq. Bizə sadəcə, azarkeşlərimizin yoxluğu hiss oluna bilər. İlk oyunda onlar bizi möhtəşəm dəstəklədilər. İnanılmaz atmosfer vardı. Hələ belə dəstəklənməyimizi xatırlamıram. Belə dəstək olsa, həmişə yaxşı nəticələr qazana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.