2 avqust 2014 13:00
Badri Kvaratsxeliya Turan-T klubunu çaışdıra bilər
"Turan-T" klubu baş məşqçi postuna yeni mütəxəssis dəvət edib. Azerisport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Tovuz təmsilçisini bundan sonra gürcüstanlı mütəxəssis Badri Kvaratsxeliya çalışdıra bilər.
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu artıq dörd gündü bu komandanı məşqə çıxarır. Yaxın günlərdə Kvaratsxeliyanın Tovuz klubu ilə müqavilə imzalaması gözlənilir.
