1 avqust 2014 00:45
İnter Qəbələ ilə oyuna iki itki ilə hazırlaşır
"İnter" Topaz Premyer Liqasının yeni mövsümünün açılış turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığına start verib. Azerisport.az xəbər verir ki, "bankirlər"in düşərgəsində iki itki var.
Belə ki, yarımmüdafiəçi Elvin Məmmədovla Sezar Meza Kolli zədə səbəbindən hələ də məşqlərdə etmirlər. Onların heç biri "Qəbələ" ilə oyunda iştirak edə bilməyəcək.
