1 avqust 2014 19:22

Elvin Yunuszadə: Neftçi Çixuradan güclü olduğunu göstərdi

"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

- Gürcüstan "Çixura"sına Avroliqadakı ilk oyununuzda qalib gələ bilmədiz. Oyun barədə nə deyə bilərsiz?
- Fikrimcə, biz rəqibdən daha yaxşı oynadıq. Təəssüf ki, qol vura bilmədik. Bu, üstünlüyümüzü hesabda əks etdirməyimizə mane oldu.

- Sizcə, niyə komandanız qol vura bilmədi?
- İlk növbədə bəxtsizlik və isti hava səbəbindən. Qaçmaq çətin idi. Çox isti var idi. Hava şəraiti öz sözünü dedi. Meydança çox ağır idi.

- Bəs nə olacaq?
- Mərhələni keçməliyik. Qarşıda daha 90 dəqiqəmiz var. Yaxşı şansımızın olduğunu düşünürəm. Fikrimcə, 0:0 hesabı pis nəticə deyil. Unutmayın ki, biz ötən mərhələdə Sloveniya "Koper"inə evdə uduzmuşduq. Amma onları səfərdə məğlub etdik. Bu dəfə isə evdə qolsuz heç-heçə olub. Bu, o deməkdi ki, səfərdə qollu heç-heçə ilə mərhələ keçə bilərik.

- "Neftçi" niyə son dövrlər doğma meydanda qələbə qazana bilmir?
- Artıq səkkizinci avrokubok oyunumuzdu ki, evdə qələbə qazanmırıq. Özümə də maraqlıdı ki, niyə belə alınır. Amma evdə qələbə qazana bilməsək də, əsas odu ki, mərhələ keçək. Yəqin ki, mənimlə çoxları razılaşar.

- Yəni "Çixura" səddini də keçə biləcəksiz?
- Fikrimcə, hə. İlk oyun göstərdi ki, biz gürcülərdən güclüyük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.