1 avqust 2014 16:15
Muntyanu Dodonu Qəbələyə qaytarmaq istəmir
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu yarımmüdafiəçi Dodonu əsas komandaya qaytarmaq istəmir. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu hələ də əsas komanda ilə məşq etmir və rumıniyalı mütəxəssis onu sərəncamında görməkdə maraqlı deyil.
Xatırladaq ki, Dodo məşqə gecikdiyi və içkili gəldiyi üçün əsas komandadan uzaqlaşdırılıb.
