1 avqust 2014 15:15

Gürcüstanın idman naziri: Belə münaqişələr tez-tez olur

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Çixura" qarşılaşmasından sonra Bakıda azarkeşlər arasındakı insidenti başa çatmış hesab edir. Azerisport.az xəbər verir ki, Kipianinin cümə günü Gürcüstan hökumətinin iclasından əvvəl jurnalistlərə bildirdiyinə görə, bu adi qalmaqaldı:

"Azarkeşlər arasında belə münaqişələr tez-tez və dünyanın müxtəlif stadionlarında baş verir. Mən klubun prezidenti ilə danışdım və gecə ərzində bütün anlaşılmazlıqlar yoluna qoyuldu".

Azərbaycan DİN-in cümə günü yaydığı məlumatda deyilir ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb.

Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

Oyunda iştirak edən "Çixura" futbol komandasının baş direktoru Berik Şukakidzenin sözlərinə görə, o, xəritənin yığışdırılmasını xahiş etsə də, azarkeşlər bunu etməyiblər: "UEFA-nın komissarı mənə dedi ki, bu fakt azarkeşlər arasında qəzəb doğura bilər. Mən xəritənin yığışdırılmasını xahiş etsəm də, azarkeşlər bunu etmədilər. Nəticədə xəritəni güc tətbiq edərək yığışdırdılar və bundan sonra insident baş verdi. Bizi də bu dırnaqarası azarkeşlərə görə cərimələdilər. Məndən bu məsələ ilə bağlı hansı fikirdə olduğumu soruşdular. Dedim ki, bunu pisləyirəm".

Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.