1 avqust 2014 14:45

Foqts: Neftçinin oyununda hamı tribunaya baxırdı, meydanda maraqlı heç nə yox idi

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun azerisport.az saytına müsahibəsi

- "Neftçi" - "Çixura" matçında maraqlı nə görə bildiz?
- Ancaq gürcü azarkeşlərin tribunadakı davasını. Belə başa düşdüm ki, onların açdığı xəritə ilə bağlı nəsə fikir ayrılığı var idi.

- Bəs meydanda?
- Maraqlı heç nə. Birinci hissədə hamı tribunaya baxırdı. "Qarabağ" - "Zalsburq" matçından sonra bu oyundan gözləntilərim çox idi. Əgər "Qarabağ"ın oyununda bayram var idisə, bu görüşdə böyük məyusluq yaşadım.

- "Qarabağ" bu oyunla ÇL-in qrup mərhələsinə vəsiqə qazana bilər?
- Əgər birinci hissədəki kimi oynamağa davam etsə, bəli. İkinci hissə bir qədər zəif çıxış etdilər. "Qarabağ" 1:0 hesabıyla qalib gəlsəydi, daha yaxşı olardı. Komanda səfərdə yalnız hesabı qorumağa oynasa, pley-offa çıxmaq çox çətin olacaq.

- Rusiya yığması ilə yoxlama oyunu barədə razılıq əldə olunub. Bu barədə nə deyə bilərsiz?
- Mən də AFFA-nın bir əməkdaşıyam və bu barədə açıqlama da doğrudu. Əlavə etmək istədiyim nəsə oxdu.

- Bu oyun sizin razılığınız olmadan keçiriləcək?
- Şübhəsiz ki, Rusiya ilə oyunun bizə lazım olub-olmadığını məndən soruşdular. Mən də müsbət cavab verdim.

- Planlaşdırılmamış oyun sizin planlarınıza mane olmayacaq?
- Bunu planlaşdırılmamış oyun saymıram. Bizim dörd variantımız var idi. Ən güclü rəqibi seçdik. İtaliya və Xorvatiya ilə qısa zaman kəsiyində qarşılaşacağımızı nəzərə alsaq, Rusiya ilə oyun bizim üçün yaxşı test olacaq.

- AFFA-nın rəsmi saytına müsahibənizdə Reynaldo və Almeydadan ağızdolusu danışmısız. Onların "Zalsburq"a qarşı oyunu belə xoşunuza gəlib?
- Reallıq ondan ibarətdi ki, FİFA-nın qaydalarına görə, onlar yığmamızda çıxış edə bilməzlər. Siz jurnalistlər Zepp Blatterə məktub ünvanlaya bilərsiz ki, onların yığmamızda iştirakına şərait yaratsınlar. "Neftçi"nin əsas heyətində baxın - neçə yerli futbolçu var? Cəmi üç. "Qarabağ"da da eyni vəziyyətdi. Mən yığmanı Flavinyo, Reynaldo, Almeyda kimi futbolçularla oynada bilmərəm.

- Amma əvvəllər sizin komandanızda Azərbaycanda beş il oynamayan futbolçular da olub...
- Gəlin məndən sonra olanlar haqda danışaq. Mənə qədər kimlər milliləşdirilibsə, bunun mənə aidiyyatı yoxdu. Həm də həmkarlarınız əcnəbi futbolçuların millidə çıxış etməsinə çox tənqidi yanaşırlar.

- Bu, yığmaya layiq olmayan legionerlərə aid idi. Amma Reynaldo və Almeyda sərgilədiyi oyunla yığmaya layiq olduğunu sübut edib. Bu barədə az qala bütün ölkə danışır.
- Mən legionerlərin milliləşdirilməsinin əleyhinə olmuşam. Amma gizlətmirəm ki, Almeyda, Reynaldo, Flavinyo kimi futbolçuların Azərbaycan pasportu alıb, yığmada çıxış etməsinə şad olardım.

- Qurban Qurbanov sizin yığmadakı işinizi davam etdirə bilər?
- Bu məşqçi artıq sabah Azərbaycan yığmasının baş məşqçi postunu qəbul edə bilər. O, taktiki cəhətdən komandasını çox gözəl hazırlayır. Oyunu oxumaq baxımından da çox yaxşıdı. Bu, Qurban Qurbanovdu. Onun Avstriya "Zalsburq"u ilə oyundakı əvəzləmələri də göstərdi ki, öz işini çox yaxşı bilir. Böyük ehtimalla mən getdikdən sonra yığma komandanı o çalışdıracaq. O, mənim xələfimdi (gülür). Amma Qurban Qurbanov yığmanın baş məşqçisi olsa, 11 azərbaycanlı futbolçu ilə oynamalı olacaq.

- Həmin vaxtadək Reynaldo ilə Almeyda da milliləşər, işi yüngül olar...
- Bir il ərzində alınan məsələ deyil.

- Siz ki, yığmanı bir ilə tərk etməyəcəksiz...
- Hər şey Tanrının əlindədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.