31 iyul 2014 00:45

Türkiyə mətbuatı Qarabağın zəfərindən yazdı

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriyanın ən güclüsü "Zalsburq"a ilk oyunda qalib gəlməsi dünya mətbuatında da öz əksini tapıb. Azerisport.az xəbər verir ki, Türkiyənin "Cümhuriyyət" qəzeti bu qələbəni "Qarabağ"dan tarixi zəfər" başlığı ilə oxucularına çatdırıb.

Xəbərdə bildirlir: "Azərbaycanın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində öz meydanında Avstriyanın "Zalsburq" klubuna 2:1 hesabıyla qalib gəldi. Ağdam bölgəsinin komandası Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və ukraynalı hakim Sergey Boykonun idarə etdiyi matçın 2-ci dəqiqəsində Danilo Diasın qolu ilə 1:0 önə keçdi. "Zalsburq" 77-ci dəqiqədə Kristian Şveqlerin qolu ilə (əslində isə qonaqların cavab qolunu Conatan Soriano vurub, Şveqler isə 35-ci dəqiqədə meydandan qovulub - red.) hesabı bərabərləşdirsə də, "Qarabağ" Reynaldonun 86-cı dəqiqədə gələn qolu ilə qarşılaşmadan 2:1 qalib ayrıldı.

"Qarabağ"ın əldə etdiyi bu zəfərlə ilk dəfə bir Azərbaycan komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində qələbə sevinci yaşamış oldu.

"Qarabağ" yarandığı bölgə - Ağdam rayonunun Ermənistan işğalı altında olması səbəbindən matçlarını illərdi Bakıda oynayır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.