31 iyul 2014 11:35

Almeyda: Belə bir dəstək qarşılığında nəticə qazanmamaq günah olardı

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi

- "Zalsubrq"a ilk oyunda çətinliklə qalib gəldiz. Bu oyun haqda nə deyə bilərsiz?
- Biz bilirdik ki, yaxşı oynayıb, qələbə qazanacağıq.

- Bu əminlik haradan idi?
- Çünki bu oyuna çox yaxşı hazırlaşmışdıq və ciddi köklənmişdik. Bilirdik ki, çətin olacaq. Çünki avstriyalıların çox sürətli futbol sərgiləyən komandası var. Çox şadam ki, belə bir mübarizədən qalib ayrıldıq.

- "Zalsburq" gözlədiyinizdən də güclü deyildi ki?
- Gözlədiyimizdən güclü idilər. Onlar bizi qapımıza sıxışdırmağa çalışsalar da, hesab edirəm ki, "Qarabağ" yaxşı oynadı.

- Komandanız iki qol vurduğu kimi, eyni sayda da qırmızı vərəqə ilə cəzalandı? Bu, nədən xəbər verir?
- Qeyd etdiyim kimi, bu, meydanda gedən mübarizənin nəticəsi idi. Əslində, "Qarabağ" bu dərəcədə kobud futbol oynayan bir komanda deyil. Amma buna rəğmən iki qırmızı vərəqə aldıq.

- Bəs Reynaldosuz, Admir Telisiz nə edəcəksiz?
- Teli yoxdu Rəşad Sadıqov var, Reynaldo yoxdu, Vüqar Nadirov var. Həmçinin Muarem Muarem də var. Biz oraya 9 nəfərlə getməyəcəyik. Biz bir komandayıq və problemimizi həll etməyə çalışacağıq.

- Cavab oyunu haqda nə düşünürsüz? Yəqin ki, daha çox müdafiəyə diqqət ayıracaqsız...
- Bizim necə oynamağımızın fərqi yoxdu. Əsas odu ki, bizim növbəti mərhələyə adlamaq üçün yaxşı şansımız yaranıb və bundan yararlanmağımız lazımdı.

- Mərkəzi arena çoxdan idi belə tam dolmurdu. Azarkeşlərin sizə köməyi dəydi?
- Onların dəstəi möhtəşəm idi. Belə bir dəstək qarşılığında nəticə qazanmamaq günah olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.