31 iyul 2014 23:35

Sadıq Sadıqov: Çixura komanda deyil

"Neftçi"nin prezidenti Sadıq Sadıqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri ilk oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:

"Oyunumuz alınmadı. Amma yaxşı ki, qol buraxmadıq. Cütün taleyini Gürcüstanda həll edəcəyik. Bu günkü futbol olmadı. Rəqib oyunun böyük hissəsini qapısının ağzında "yatdı".

"Komandama inanıram. Əminəm ki, "Koper" kimi, bu komandanı da keçəcəyik. "Çixura"ya gəlincə, bu, komanda deyil. Gürcüstanda başqa "Çixura" görəcəyik. Evdə də belə qapana bilməzlər. Açıq futbol oynamağı sevirik. Yəqin ki, səfərdə məhz belə oyun görərik. Qapalı futbol sərgiləyən komandalara qarşı pis oynayırıq".

"Neftçi"nin prezidenti tribunalarda yaşanan xəritə qalmaqalına da aydınlıq gətirib: "Biz oyun ərəfəsində onlara hər cür kömək etdik. Bakıya hazırlıqsız gəlmişdilər, avtobus sifariş etməmişdilər. Azərabycanla Gürcüstan dost ölkələrdi. Amma onların azarkeşləri separatçı xəritə açırlar. Bu, nəyə lazım idi ki? Axı biz dostuq".

O, həmçinin Tahir Süleymanovun istefasına da toxunub: "O, getdi, amma bizə kömək edir. Ona görə bu gün bizimləydi. Biz ki xalq komandasıyıq, bizə hamı kömək edir".

"Koper"lə oyun ərəfəsində yuxu görmüşdüm ki, "Koper"i keçəcəyik. Elə də oldu. Gürcüstanda da qələbə qazanacağıq. Minimum 2:1 hesabıyla qalib gəlməliyik. Təkrar edirəm ki, "Çixura" komanda deyil".

Sadıqov sonda onu da qeyd edib ki, komandası Avroliqanın pley-off mərhələsinə vəsiqə qazansa, ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.