31 iyul 2014 22:55

Böyükağa Hacıyev: Cavab matçında ilk qolu vuran mərhələni adlayan tərəf olacaq

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri ilk oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:

"Mən həmişə açıq futbol oynayan komandalara hörmət etmişəm. "Çixura" qapalı futbol oynadı. Amma əminəm ki, Tiflisdə daha çox qol vurmağa çalışacaqlar. Gürcüstan futboluna, xalqına hörmət edirik".

"Bertuççi hansı mövqedə oynayırdı? Bu gün üç müdafiəçi ilə oynadıq. Onun yaxşı sürəti, zərbələri var. Oyunun gedişi zamanı dəyişiklik etdik. Mən ondan daha dəqiq zərbələr gözlədiyim üçün əvəzləmədim. Əlbəttə, hesab bizi qane etmir. Tiflisdəki oyunda ilk qolu vuran qalib gələcək".

Hacıyev Vobayla Nforun çıxışını da dəyərləndirib: "Vobay Sloveniyadakı oyunda özünü yaxşı tərəfdən göstərmişdi. Nforun oyunundan isə narazıyam - bunu gizlətmirəm. Hücumçunun işi qol vurmaqdı. Əgər o, bunu bacarmırsa, deməli, nəsə qaydasında deyil. Ola bilər ki, biz yaxın günlərdə sizin də tanıdığınız məşhur bir futbolçu ilə müqavilə imzalayaq. Kaue universal futbolçudu, o da bu gün çox çalışdı".

"Biz hücumçu məsələsini həll etməyə çalışırıq. Platye tezliklə qayıtmalıdı. Mən Nforu seçəndə, o, tamamilə fərqli futbolçu idi. İndi isə probleminin olduğu görünür".

"Şenol Günəşlə məsləhətləşmək? Xeyr. Mən özüm onların oyunlarına baxıb müəyyən nəticələr çıxarmışdım. Müxtəlif hücumlar qurmağa çalışsaq da, alınmadı".

"Bu gün iki insaydla 3-6-1 sistemi ilə oynadıq. İnsaydlar hücuma fəal kömək etməliydilər. Vobay sürətli oynamaq lazım gələndə top saxlayırdı. Flavinyo geriyə çox gəlirdi. Yəqin ki, cavab oyununda fərqli oynamalıyıq".

"Çixura"nın oyunçuları heç-heçəyə sevinirdilər? Əlbəttə, bu gün bizim büdrəməyimizə sevinənlər var. Amma hər şeyə bir həftə sonra aydınlıq gələcək. "Koper" "Çixura"dan güclü idi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.