31 iyul 2014 00:56

Reynaldo: Cavab matçını buraxacağım üçün təəssüflənirəm

Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Reynaldo UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyun haqda nə deyə bilərsiz?
- Bizim üçün çətin oyun alındı. Daha çox müdafiədən oynayıb, əks-hücumlara bel bağlayırdıq. İki qol vurmağa nail olduq. Artıq cavab oyununu gözləməliyik.

- Hücumda tək qalmışdız. Çətin deyildi?
- Kimə asan idi ki? Şübhəsiz ki, belə bir komandaya qarşı hücumda tək oynamaq asan deyil. Amma bu gün "Qarabağ"ın hər bir oyunçusu çox yaxşı mübarizə apardı. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik və qələbə qazandıq.

- Birinci hissədəki qırmızı vərəqə azmış kimi, siz də oyunun sonlarında meydandan kənarlaşdırıldınız...
- Həmin epizodun təkrarına baxmaq lazımdı. Çox təəssüf edirəm ki, cavab oyununda komandamıza kömək edə bilməyəcəm.

- Qırmızı vərəqə alsaz da, azarkeşlər sizi alqışlarla yola saldılar...
- Bunu görmək çox xoş idi. Alqışları bütün komanda haqq edirdi. Bizi sonadək dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm.

- "Qarabağ" pley-offa Reynaldosuz çıxa biləcək?
- Növbəti mərhələyə vəsiqə qazanmağımız lazımdı. Bunun mənimlə və ya mənsiz olması böyük önəm kəsb etmir. Yaxşı hazırlaşmalıyıq. Bunun üçün bir həftəmiz var.

- Amma sizinlə yanaşı Admir Teli də oynamayacaq. Bunlar ciddi itkilərdi...
- "Qarabağ" kifayət qədər yaxşı komandadı və bizi əvəzləyəcək başqa futbolçuları da var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.