31 iyul 2014 13:50
Neftçi - Çixura matçında anşlaq olacaq
Bu gün Bakıda Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" Gürcüstan "Çixura"sı ilə ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, "Bakcell Arena"da keçiriləcək oyuna demək olar ki, bütün biletlər satılıb.
Bu üzdən də sözügedən görüşdə anşlaq olması istisna olunmur. Oyuna 8500 bilet sifariş edildiyini də xatırladaq.
Qeyd edək ki, "Neftçi" - "Çixura" matçı saat 20:00-da start götürəcək.
