30 iyul 2014 23:40

Qurban Qurbanov: Hakim bu ajiotaja hazır deyildi

Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:

"Mən həmişə sakit danışıram. Bu isə ümumiyətlə səsim batıb. Heç vaxt mətbuat konfransında bu qədər jurnalist görməmişdim. Hər birinizin dəstəyini hiss etdim. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, oyundan sonra da meydanda qaldılar, bizi alqışladılar. Qələbə qazanmağı çox istəyirdik. Şadam ki, buna nail olduq".

"Zalsburq" çox güclü komandadı. Rəqib bunu ikinci hissədəki oyunu ilə isbatladı. İkinci hissənin başlanğıcı bizim üçün daha ağır alındı. Təəssüf ki, qol buraxdıq. Amma ən əsası qələbə qolunu vurmağımız idi. Belə komanda üzərində qələbə futbolçulara əlavə inam qazandırır. Cavab matçına gəlincə, çalışacağıq ki, oyuna düzgün yanaşaq və lazım olan nəticəni qazanaq".

"Avstriyalılar mən gördüyümdən də güclü futbol sərgilədilər. Admir Telinin qırmızı vərəqə alması bizim oyunumuzu dəyişməyimizlə nəticələndi. Belə erkən qırmızı vərəqəyə hazır deyildik. O, ikinci sarı vərəqəni almaqla səhvə yol verdi. Mən onun kapitanlıq sarğısını yerə atdığını görmədim. Məncə, o, bunu Qara Qarayevə verdi. Yəqin ki, Admir Telinin həmin vaxt keçirdiyi hissi nə mən, nə də siz başa düşə bilərsiz. Fikrimcə, o, özü də bu səhvinə görə özünü bağışlaya bilmir. Hələ onunla fərdi söhbətim olmayıb".

Qurbanov hakimlikdən də danışıb: "Mənə elə gəlir ki, hakim belə ajiotaja hazır deyildi. Bəzi səhvləri oldu ki, bu da ajiotajın çox olmasından irəli gəlirdi. Mən hakimin qərarlarına qarşı çıxmadım. Sadəcə, normal qaydada onunla bəzi məsələləri müzakirə etdik. Məncə, səhv heç nə etmədim".

"Reynaldonun qırmızı vərəqəsinə görə apellyasiya şikayəti verəcəyikmi? Məncə, onu verməmək də olardı. Bir daha həmin epizoda baxacağıq və ondan sonra qərar qəbul edəcəyik".

Qurbanov ayrı-ayrı futbolçuların çıxışından da danışıb: "Qara Qarayev bu gün yaxşı oynadı. Çumbinyonu əvəzləyə bilərdim. Amma Qarayevin sarı vərəqəsi var idi. İbrahim Şehiçin uğursuz çıxışına gəlincə, ona daha diqqətli olmaq lazım idi".

"Qarabağ"ın çalışdırıcısı bildirib ki, hələ Topaz Premyer Liqasındakı oyunlarının təxirə salınması ilə bağlı PFL-ə müraciət etməyə hazırlaşmırlar: "Bu barədə düşünməmişik. Əgər problemlə üzləşsək, müraciət edərik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.