30 iyul 2014 18:47
Simurqun Fulhemlə oyunu təxirə salındı
Avstriyada təlim-məşq toplanışında olan "Simurq" bu gün sözügedən ölkədə daha bir yoxlama oyununa çıxmalı idi. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi İngiltərə təmsilçisi "Fulhem" olacaqdı.
Lakin bu qarşılaşma təxirə salınıb. Buna səbəb isə Avstriyada hökm sürən kəskin hava şəraitidi.
